Bakıda türk qız intihar edib
Bakıda intihar olub.
APA xəbər verir ki, hadisə rayonun Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı liseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.
Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Mənbə:> APA