Milli Məclisdə orqan transplantasiyası ilə bağlı müzakirə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Milli Məclisdə orqan transplantasiyası ilə bağlı müzakirə

Milli Məclisdə orqan transplantasiyası ilə bağlı müzakirə


Dünyada hər il təxminən 120 min orqan transplantasiyası həyata keçirilir.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov martın 12-də adıçəkilən komitənin orqan transplantasiyası ilə bağlı təşkil etdiyi dinləmələrdə çıxışı zamanı deyib.

O xatırladıb ki, dünyada orqan transplantasiyasının tarixi təxminən 50 ili əhatə edir:

“Artıq bir neçə ildir ki, Azərbaycanda orqan - ürək, böyrək, ciyər transplantasiyası həyata keçirilir. Ancaq istər dünyada, istər Azərbaycanda orqan transplantasiyasına daha çox ehtiyac duyulur. Yəni mövcud rəqəm arzulanan rəqəmlərlə, göstəricilərlə üst-üstə düşmür”.

Komitə sədri Azərbaycanda bu yöndə qanunun mövcud olduğunu bildirib və əlavə edib ki, artıq bu qanun yeni dövrün reallıqlarına cavab vermir:

“Ona görə də biz yeni qanun layihəsi üzərində çalışırıq. Qanun layihəsinin adı ilə bağlı müəyyən təkliflər, fikir ayrılıqları var. Mən fikrimi kiməsə qəbul etdirmək fikrində deyiləm, burada demokratikliyin tərəfdarıyam. Ancaq hesab edirəm, “toxumaları” sözü də qanunun adında olmalıdır. Bu, mənim mövqeyimdir”.

Adıçəkilən komitənin sədr müavini, yeni qanun layihəsinin müəlliflərindən olan Musa Quliyev sənədin beş fəsil və 36 maddədən ibarət olduğunu bildirib:

“Biz bu yöndə yeni qanuna ehtiyac gördük. Çünki köhnə qanun üzərində korrektələr aparmaqla, dəyişikliklər etməklə istənilən nəticə, effekt alınmır. Ona görə hesab etdik ki, yeni qanun layihəsi hazırlanmalıdır və artıq uzun müddətdir ki, onun üzərində işlər, təkmilləşdirmələr davam etdirilir.

Biz elə bir qanun olmasını və onun elə bir səviyyədə icraya yönəlməsini istəyirik ki, orqan transplantasiyası ilə qara fikirlərə, qara niyyətlərə yer, imkan qalmasın”.

Komitə sədrinin müavini deyib ki, xüsusilə meyitdən orqan transplantasiyası, köçürülməsi məsələsində ciddi maarifləndirməyə ehtiyac var:

“Bu məsələdə öncə cəmiyyətin tanınmış, öndə gedən adamları qabağa düşməli, bu məsələnin izahatını aparmalıdırlar. Çünki bu izahat, təbliğat, maarifləndirmə işləri aparılmasa, meyitdən orqan köçürülməsi (təbii ki, yaxın qohumların razılığı əsasında) məsələsi baş tutmayacaq”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *