Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə, Video

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək – VİDEO

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək


Azərbaycanda həyata orqan transplantasiyasının siyahısı genişlənəcək. AzNews.info xezerxeber.az-a istinadən bildirir ki, məsələ bu gün Milli Məclisin səhiyyə komitəsində müzakirə edilib. Komitənin sədri Əhliman Əmiraslanov yaxın zamanda ürək köçürmə əməliyyatlarının gerçək olacağına diqqət çəkib.

Komitə iclasında ən diqqətçəkən məsələ isə Azərbaycana xaricdən gözün buynuz qişası toxumalarının gətirilməsi ilə bağlı qanunda dəyişikliklərin edilməsi təklifi olub. akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov bildirib ki, hazırda 2987 nəfər qeydiyyatda olan xəstə bu buynuz qişanın köçürüləcəyi zamanı gözləyir.

Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev gözün buynuz qişası toxumalarının Azərbaycana gətirilməsinə əsas maneənin gömrük qaydalarında bu prosedurun əksini tapmaması olduğunu vurğulayıb.

Müzakirələrdə qərara alındı ki, buynuz qişası toxumalarının ölkəyə gətirilməsi ilə bağlı qanuni dəyişikliklər üzərində işə başlansın və eyni zamanda bu toxumaların Azərbaycanda meyitlərdən əldə edilməsi üçün yeni göz bankının yaradılması üçün addımlar atılsın. Müzakirələrdə pasiyentlərin hüquqlarının müdafiəsi haqqında qanun layihəsinin də yaz sessiyasında geniş müzakirəyə çıxarılması təklif olunub. Millət vəkilləri hesab edir ki, icbari tibbi sığortanın tətbiqinin başladığı bir vaxtda pasiyentlərin hüquqlarının qorunmasının təmini vacibdir.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *