İsveçdə restoranda 100 nəfərin iştirakı ilə dava olub
İsveçdə yüz nəfərin iştirakı ilə kütləvi dava olub.
Expressen xəbər verir ki, hadisə Höteborq şəhərinin mərkəzində yerləşən restoranların birində baş verib.
Davaya beş nəfərin səbəb olduğu bildirilir. Artıq onlar saxlanılıb.
Qeyd olunur ki, insident nəticəsində restoranın mühafizəçiləri müxtəlif bədən xəsarətləri alıblar.
Xatırladaq ki, dünən İsveçdə parkinq ərazisində 90 nəfərin iştirakı ilə kütləvi dava olub.
Mənbə:> Oxu.Az