Azərbaycan çaylarını daha çox çirkləndirən ölkələr açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycan çaylarını daha çox çirkləndirən ölkələr açıqlandı

Azərbaycan çaylarını daha çox çirkləndirən ölkələr açıqlandı


Azərbaycanın çayları daha çox Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilir.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir:

“Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların, 35 %-i yerli çayların hesabınadır. İstənilən tranzit çaylarda çirklənmə vardır. Azərbaycan çayları isə daha çox Ermənistan, Gürcüstan ərazisindən axıdılan sular hesabına çirklənir.

Dövlətlər çoxtərəfli sazişlər çərçivəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlıq ondan ibarətdir ki, birgə komissiya çay vasitəsilə keçən bütün çirklənməyə nəzarət edir”.

Nazirlik rəsmisi bildirib ki, saziş imzalayan ölkələr çirkləndirmənin azaldılması üçün nəzarət edirlər:

“Çirkləndirmə ilə bağlı İran ilə Araz çayı üzərində tədbirlər görülür. Çayın həm ekoloji, həm də hidroloji axınına nəzarət olur.

Arazın suyuna nəzarət üçün Beyləqanda böyük bir laboratoriya yaradılıb. Gündəlik məlumatlar toplanır. O cümlədən Kür çayı üzərində laboratoriya var və bütün çirklənmələr qeyd olunur”.

Mütəllim Əbdülhəsənov qeyd edib ki, çox təəssüf ki, təkcə tranzit çaylar yox, ölkə ərazisindəki çaylar da çirklənir:

“Bu bir çox şəhərlərdə bulaqüstü təmizləyici qurğular olmaması, Kür, Araz çayları və onun qolları, bilavasitə əsasən kommunal tullantı suları ilə çirkləndirilir. Bununla bağlı nazirlik tərəfindən mütəmadi tədbirlər görülür. Onlara qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi göstərişlər verilir, inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur”.

“Azərbaycan dövləti bu gün Kür çayı hövzəsində yerləşən bir çox şəhər və rayonlarda kanalizasiya qurğuları sisteminin yenidən qurulması, tullantı su təmizləyici qurğuların tikilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirir. Artıq bu layihələr bir çoxunda yekunlaşmaq üzrədir. 10-a yaxın şəhərdə təmizləyici qurğular tikilib”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *