"Övladımın Psixoloquyam" deyən xanımlar bir araya gəldi
"Körpəm və Mən official" və Müasir psixologiya Mərkəzinin hər ay xanımlar üçün ənənəvi olaraq keçirdiyi "Övladımın Psixoloquyam" layihəsinin Fevral tədbiri bu dəfə Hilton Baku Hotelində baş tutdu.
AzNews.info xəbər verir ki, "Möcüzə" brendinin dəstəyi ilə "Qadının Möcüzəsi" adı altında start verilən treninqdə psixoloq Aida Nəbiyeva və Nərgiz Süleymanlının hazırladıqları proqrama əsasən xanımlarla praktik metodikalar işlənildi, workshop təşkil edildi. Ümumilikdə 70- ə yaxın xanımın iştirak etdiyi seminarda qadın-kişi münasibətlərində edilən yanlışlar barədə müzakirələr aparılıb, relaksasiya və hədiyyəli yarışlar keçirilib.
Mənbə:> AzNews.info