Motorsport: Bakıda avtoralli ləğv edildi – FOTO
Azərbaycanın paytaxtı Bakıda bu ilin payızında Gran Tourismo yarışları keçirilməyəck.
Oxu.Az xəbər verir ki, bu barədə Motorsport.com saytı yazıb.
Qeyd edək ki, həmin yarışlar Xəzər sahillərində 2012-ci ildən keçirilirdi.
Ümumi Blancpain GT adı altında yarışları təşkil edən SRO Motosport Group şirkəti 24-25 oktyabr həftə sonunun ləğvi barədə məlumat yayıb.
“Qərar Bakıdakı təşkilatçılardan iqtisadi səbəblərlə əlaqədar tədbirin keçirilməsinin qeyri-mümkünlüyü haqqında məlumat aldıqdan sonra qəbul edildi”, - deyə, SRO-nun press-relizində bildirilir.
Bakıda yarış əvvəlcə sərgi statusunda keçirilsə də, 2013-cü ildən BSS-in çempionat təqviminə daxil idi. Yarışlar Azərbaycan paytaxtında iki müxtəlif yolda keçirilirdi.
“Bu, bizim üçün gözlənilməz oldu, - deyə, SRO Motosport Group-un təsisçisi və icraçı direktoru Stefan Ratel bildirib. – Bizim Bakı ilə üçillik müqaviləmiz bu il də mərhələnin keçirilməsini nəzərdə tuturdu.
Bu, GT yarışlarının qlobal populyarlığının artmasına çox kömək etmiş mühüm yarışlar idi”.
Bakının əvəzinə mövsümün finalı 10-11 oktyabr tarixlərində holland Zandfortunda keçiriləcək.
Mənbə:> Oxu.Az