Azərbaycanlı ailə evini də özü ilə birgə gəzdirir – VİDEO
Hər kəsin uşaqlıq xəyalları olur. Ancaq az insan o xəyallarının ardınca gedir. Nəzər Quliyev elə onlardandır. Xəyalı karvanla səyahət etmək olub və artıq iki ildir ki, bunu reallığa çevirib.
“Qafqazinfo” bildirir ki, ailə başçısı Nəzər uşaqlıqdan səyahətə marağının olduğunu, ailə qurdurdan sonra xəyalını gerçəkləşdirdiyini deyir: “Maşının arxa pəncərəsindən baxanda çox xoş bir mənzərə var: Evimiz arxamızca gəlir”.
Ailə maşın-evlə bütün Azərbaycanı gəzib. Hədəflərində Yunanıstan və Türkiyəyə səyahət etmək var.
“Karvanla səyahət etməyin əlverişli tərəfi səfərinizin tam sahibi olmağınızdır. Marşrutumuzu, gecələyəcəyimiz yeri, yemək vaxtımızı, bir sözlə, hər şeyi özümüz seçirik. Bundan başqa, istəmədiyimiz təqdirdə nə otelə, nə də restoranlara pul xərcləyirik.
Səyahətdə ən çox pul gecələmə və restoranlara çıxır. Ancaq biz bu yolla büdcəyə xeyli qənaət edə bilirik. Hər şey burada var. Soyuducunu doldurub gedirik. Qazımız, suyumuz, elektrikimiz, televizorumuz, hətta kondisionerimiz belə var”, - deyə o bildirir.
Mənbə:> Qafqazinfo.Az