Dünyanı çılpaq gəzən səyahətçi – FOTO
Dünya səyahətinə çıxanların sayı durmadan artır. Bunlardan da hər biri müxtəlif vasitələrlə səyahətə çıxır. Bu şəxs isə dünya səyahətini piyada həyata keçirmək qərarına gəlib.
ANS PRESS-in məlumatına görə, Stiven Qof adlı səyahətçi dünyanı paltarsız gəzməkdə davam edəcəyini BBC kanalına müsahibəsində deyib. Adı çəkilən şəxs mediada "Çılpaq avara" kimi tanınır. O ictimaiyyət qarşısına paltarsız çıxdığına görə, ümumilikdə 10 ilini həbsxanada keçirib. Sonuncu dəfə Stiven Qof həbsxanadan bu il avqustun 14-də 30 aylıq həbs müddətinin yarısını başa vuraraq çıxıb.
Hazırda “Çılpaq avara” ailəsini və uşaqlarını görmək ümidi ilə öz vətəni Qempşir qraflığına piyada gedir. Amma bu dəfə o həbsə düşməkdən ehtiyat edərək paltar geyinmək qərarına gəlib.
Stiven Qofun uşaqlıq və gənclik illəri normal keçib. O, 5 il ərzində dəniz piyada qüvvələrində xidmət edib. Evləndikdən sonra onu həyatı tamamilə dəyişib.
Səyahətçinin dediyinə görə, bir gün o meşə ilə gedərkən bir anda ictimai yerlərdə çılpaq gəzmək qərarına gəlib. Stiven Qof onu da əlavə edib ki, küçələri üst geyimsiz gəzməyi ona daxildən gələn hissi deyir. “Çılpaq avara” ləqəbi Stiven Qofa 2003-cü ildə Lend End ərazisindən Şotlandiyanın Con“O” qrots kəndinə kimi paltarsız səyahət etdiyinə görə verilib. Səyahət boyunca onun əynində yalnız corab, botinka, səyahət çantası və şlyapası olub. Bu səyahətini o, 2005-ci ildə də təkrarlamağa cəhd etsə də həbs olunduğundan sona çatdıra bilməyib.
Mənbə:> ANSPRESS