Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu » AzNews.info -Xəbər portalı

Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu – FOTO

Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu


Azərbaycanlı qız əcnəbi oğlanla ailə həyatı qurub.

AzNews.info modern.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə Bakıdakı şadlıq evlərinin birində baş tutan toy mərasimində azərbaycanlı Günel Əliyeva hindistanlı Ketan Devana ərə gedib.

Günel Ketanla İstanbulda tanış olduğunu deyir. O qeyd edib ki, həmin vaxt Ketan ora işgüzar səfərə gedibmiş.

Günel hindistanlı oğlanla tanışlıqdan sonra onunla evlənmək barəsində düşünməyib, çünki ailələrin razı olmayacağını zənn edib:

“Amma Ketan həyatda heç nəyin imkansız olmadığını deyirdi. O, əvvəlcə öz ailəsini razı saldı. Sonra isə bizimkiləri. Əvvəlcə qəbul etmək istəmirdilər ki, başqa xalqdır, uzaqdır. Amma oğlan və ailəsini tanıdıqdan sonra bütün qohumlarımız da razılıq verdi. Xalqların evliliyi oldu”.

Günel Əliyeva dil problemlərinin də olmadığını deyir:

“Onların ailəsi hamısı ingiliscə danışır, bizimkilərə isə mən tərcümə edirdim. Həm də urdu dillə bizim dil arasında çox söz oxşardır, xüsusilə ərəb və fars kökənli sözlər. Ona görə bəzən tək kəlmə ilə də tərəflər bir-birini başa düşür. Qız toyu Bakıda, oğlan toyu Hindistanda oldu”.

Cütlük evləndikdən dərhal sonra “nağıllar ölkəsinə” gedib və hazırda orada yaşayır.

“Artıq kiçik bizneslə məşğul olmağa başlamışam. İnstagram-da Hindistan paltarları, aksesuarlarını satıram. Bu biznesə də qohum-əqrabanın sayəsində başladım. Onlar hind paltarları istədi, mən də gətirdim, sonra isə bunun biznesi ilə məşğul olmaq istədim” deyə, Günel bildirib.

Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu
Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu
Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu
Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu
Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu
Azərbaycanlı qız hindistanlı ilə ailə qurdu

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *