Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı

Kollegiya 3 vəkilin fəaliyyətini dayandırdı

Yanvarın 21-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasından virtualaz.org-a bildiriblər ki, iclası açan Kollegiyanın sədri Anar Bağırov bu il fevralın 1-dən etibarən order markalarının tətbiqinə hazırlıq işləri barədə məlumat verib, gələcəkdə vəkillərin sayının artması ilə bağlı qəbul işinin səmərəli təşkilinin əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

İclasda Beyləqan rayon Vəkil Bürosunun təsis olunması barədə məsələyə baxılaraq müsbət qərar qəbul olunub, başqa vəkil qurumuna keçmək və sair müraciətlərə baxılıb, o cümlədən fevral ayı üçün Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.

İclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib. Həmçinin 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti üçün əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *