Azərbaycanın vəkillik tarixində dönüş ili » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanın vəkillik tarixində dönüş ili

Azərbaycanın vəkillik tarixində dönüş ili

Dekabrın 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Vəkillər Kollegiyasından virtualaz.org-a bildiriblər ki, tədbirdə Rəyasət Heyətinin rəhbər qurumlarının tərkibi seçilib. Səsvermə nəticəsində Rəyasət Heyətinin sədri Anar Bağırov yekdilliklə yenidən bu vəzifəyə seçilib. Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin və Vəkillərin İntizam Komissiyasının tərkibi də formalaşdırılıb. Habelə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin yeni redaksiyası təsdiqlənib.

Tədbirdə məlumat verilib ki, son bir ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23 iclası keçirilib. İclaslarda Rəyasət Heyəti tərəfindən keçirilmiş tədbirlər, qarşıda duran vəzifələr barədə məlumat verilib, Kollegiyanın fəaliyyəti ilə bağlı qərarlar, normativ sənədlər qəbul edilib.

Qeyd edilib ki, il ərzində keçirilmiş ixtisas imtahanlarının yekununda respublikada fəaliyyət göstərən vəkillərin sayı 939-dan 1503-ə çatdırılıb. Rəyasət Heyətinin apreldə keçirilmiş iclasında vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar yaradılmış Komissiyanın hazırladığı rəyə əsasən, hər il iyulun 30-nun Azərbaycan vəkillərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul olunub.

Azərbaycanın vəkillik tarixində dönüş ili


Diqqətə çatdırılıb ki, Vəkillər Kollegiyası Prezident İlham Əliyevin cari il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir. Bölgələrdə bu yardıma çatımlılığı təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus alınıb. Bu mikroavtobus vasitəsilə Bakıda fəaliyyət göstərən vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilib. İndiyədək Siyəzən, Hacıqabul, Qusar və Masallı rayonlarında bu qəbildən əhaliyə xidmətlər göstərilib.

Ölkədə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də Vəkillər Kollegiyasının həm vəkillərin, həm də vətəndaşların tələblərinə cavab verən, tam yeni və müasir internet saytının istifadəyə verilməsi olub.

Bu ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunmuş razılığa əsasən, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vəkil bürolarının yaradılması planlaşdırılır.

Azərbaycanın vəkillik tarixində dönüş ili


Bildirilib ki, 2017-ci ildə ölkə ərazisində 39 vəkil qurumu fəaliyyət göstərib. Son bir il ərzində isə regionlarda 11, ümumilikdə 31 yeni vəkil qurumu fəaliyyətə başlayıb. Bununla da respublikamızda vəkil qurumlarının sayı 70-ə çatıb. Qanunsuz “vəkillik” hallarına qarşı geniş mübarizə çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətində “Qaynar xətt” yaradılıb.

Azərbaycanın vəkillik tarixində dönüş ili


Vurğulanıb ki, Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti fəaliyyətə başladığı gündən beynəlxalq əməkdaşlığa xüsusi önəm verib, bir çox görüşlər keçirib, səfərlər təşkil edib. Qurum müxtəlif beynəlxalq tədbirlərdə iştirakla yanaşı, bir sıra tədbirlərin də təşəbbüskarı və təşkilatçısı olub. Belə ki, noyabrın 15-16-da Bakıda Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə 16 xarici ölkədən nümayəndələr, yerli və xarici ekspertlər iştirak ediblər.

Tədbirdə il ərzində Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti tərəfindən görülmüş digər tədbirlər barədə də ətraflı məlumat verilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *