Vəkil Fuad Ağayevə töhmət verilib
Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.
İclasda vəkil Fuad Ağayev barəsində olan, Penitensiar Xidmət tərəfindən verilən şikayətə baxılıb.
Rəyasət Heyətinin qərarına əsasən Fuad Ağayevə töhmət verilib.
Qeyd edək ki, bundan öncə Vəkillər Kollegiyası tanınmış vəkil Yalçın İmanov, İradə Cavadovanın fəaliyyətini dayandırılması barədə qərar çıxarıb. Bundan başqa, kollegiya Nemət Kərimli, Fəxrəddin Mehdiyev və Əsabəli Mustafayevin 1 illik vəkillik fəaliyyətlərini dayandırmaq haqqında qərar qəbul edib.
Mənbə:> Virtualaz.org