Röyanın şikayətinə baxıldı: İnstaqram məsələsi böyüyür
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında əməkdar artist Röyalə Nəcəfovanın (Röya Ayxan) vəkil Adəm Məmmədovla bağlı şikayətinə baxılıb.
AzNews.info xəbər verir ki, bu barədə Report-a A.Məmmədov məlumat verib.
VK müğənniyə məhkəməyə müraciət etməyi məsləhət görüb.
Xatırladaq ki, bir müddət əvvəl Röya Ayxan A.Məmmədovdan VK-ya şikayət edib. Buna səbəb Röya Ayxanın İnstaqram-da onu təhqir edən Elnur Orucov adlı şəxslə arasında olan söhbətlə bağlı A.Məmmədovun tənqidi fikirlər səsləndirməsi olub.
Vəkil daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib.
Mənbə:> Report.az