Bu şəhər dünya memarlıq paytaxtı olacaq
YUNESKO Rio-de-Janeyronun 2020-ci ilin dünya memarlıq paytaxtı olacağını elan edib. Adı çəkilən şəhər bu titula ilk dəfə sahib çıxacaq.
Oxu.Az “Globo” telekanalına istinadən xəbər verir ki, bu haqda cümə günü təşkilatın rəsmi bəyanat dərc olunub.
“YUNESKO baş direktorunun mədəniyyət üzrə müavini cənab Ernesto Ottone R., Beynəlxalq Memarlar İttifaqının prezidenti cənab Tomas Vonier və Rio-de-Janeyro şəhərinin urbanizm üzrə bələdiyyə katibi xanım Verena Visentini Adreatta Rio-de-Janeyronu 2020-ci ilin dünya memarlıq paytaxtı elan edib”, - deyə press relizdə qeyd olunur.
Qalibin elan edilməsi ilə bağlı təntənəli mərasim Parisdə baş tutub. Konqresin keçirilməsi uğrunda Rio ilə yanaşı Paris və Melburn da mübarizə aparıb.
YUNESKO-nun bəyanatına görə, Rio-de-Janeyro həmçinin üç ildən bir keçirilən Beynəlxalq Memarlar İttifaqının Ümumdünya Konqresinə ev sahibliyi edəcək.
Mənbə:> Oxu.Az