Gürcüstandan gələn qatarlar dezinfeksiya olunur
Qonşu Gürcüstanda H1N1 virusunun (“donuz qripi”) aşkarlanması səbəbindən “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri tərəfindən müvafiq tədbirlər görülür.
QSC-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Həkim-Sanitar Xidməti tərəfindən sərnişin qatarlarında gedən sərnişinlər və vaqon bələdçiləri arasında hər gün sanitariya maarifi işi aparırlar.
Eləcə də hər reysqabağı vaqonlarda dezinfeksiya işləri aparılır.
Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.
Mənbə:> Trend