Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı » AzNews.info -Xəbər portalı

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı – FOTO

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı


Birləşmiş Ərəb Əmirliyinin Paytaxtı Əbu-Dabidə əmir Zeyd İbn Sultana həsr olunmuş festivalda iştirak edən azərbaycanlılar erməniləri qıcıqlandırmağı bacarıblar.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Biz dağıq” abidəsi şəklində qurulmuş pavilyonu Ermənistan tərəfi bərk əsəbləşdirib. Müxtəlif erməni xəbər agentlikləri və saytları bu barədə məlumatlar dərc edərək, abidənin özlərinə aid olması barədə hay-küy yaradılblar.

Qeyd edək ki, “Biz dağıq” abidəsi 1967-ci ildə, indi Ermənistanın işğalı altında olan, o zamanlar Stepanakert adlandırılan Xankəndi ərazisində qurulub. Baxmayaraq ki, abidənin müəllifi Sarqis Baqdasaryandır, lakin abidə Azərbaycan tərəfinin razılığı və təşəbbüsü ilə ucaldılıb.

Azərbaycanlıların Əbu-Dabidəki pavilyonu erməniləri bərk qıcıqlandırdı


Abidə dağlarda yaşayıb birlikdə 100 yaşa çatmış iki qocanı, ər-arvadı təsvir edir və Qarabağın uzunömürlülər diyarı olmasına diqqət çəkmək üçün nəzərədə tutulmuşdu.Kənardan baxanda insan simaları həm də torpaqdan boy atan dağ şəklində təsvir olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *