2018-ci ilin ən çox satılan kitabları » AzNews.info -Xəbər portalı

2018-ci ilin ən çox satılan kitabları – FOTO

2018-ci ilin ən çox satılan kitabları


“Amazon” 2018-ci ildə “Amazon.com”, “Audible.com” və “Amazon Books” mağazalarında ən çox satılan elektron və səsli bədii kitabların reytinqini dərc edib.

Oxu.Az xəbər verir ki, amerikalı fantast yazıçı və ssenarist Ernerst Klaynın 2011-ci ildə nəşr olunan “Birinci oyunçu hazırlaş” (Ready Player One) kitabı siyahıya başçılıq edir.

Siyahını və kitabların annotasiyalarını təqdim edirik.

1. “Birinci oyunçu hazırlaş!” (Ready Player One) - Ernest Klayn

Romanda hadisələr uzaq 2045-ci ildə cərəyan edir. Dünya xaosa bürünüb, sivilizasiya süqut astanasındadır. İnsanlar xilasolma yolunu yalnız OASİS oyununda – ümumdünya virtual reallığında görür. Onun yaradıcısı dahi və eksentrik Ceyms Hollidey ölümündən əvvəl unikal vəsiyyət qoyur. Onun bütün varidatı rəqəmsal “pasxa yumurtasını” tapacaq geymerə nəsib olacaq. Milyarder “yumurtanı” OASİS-in əlçatmaz nöqtəsində gizlədib...

2018-ci ilin ən çox satılan kitabları


2. “Hər yer od içində”– (Little Fires Everywhere) - Selesta İnq

Klivlend ştatının Şeyker Hayts qəsəbəsində hər şey ideal şəkildə planlşdırıb: şüşə kimi asfalt yolları, rəngləri ilə harmonik atmosfer yaradan evləri və hər sahədə bir addım öndə olan uğurlu sakinləri var. Mükəmməl şəhər tipli qəsəbəyə baş qəhrəman – rəssam və tənha ana Enter Mia Uorren yeniyetmə qızı Pörllə köçür. Sirli keçmişi olan Enter və qızının “ipə-sapa yatmayan” davranışları və həyat tərzi qəsəbənin ideal düzənini təhlükəyə salır...

2018-ci ilin ən çox satılan kitabları


3. “Pəncərədən güdən qadın” (The Woman in the Window) - A. J. Finn

Əsərin baş qəhrəmanı Anna Foks Nyu-Yorkdakı xudmani evində tənha yaşayır. Şənliklərdə iştirak etmək, əyləncə dünyasına baş vurmaqla heç arası yoxdur. Günün böyük hissəsini evdə televizor arxasında şərab içməklə keçirir. Köhnə filmlər onu bezdirəndə keçmiş saədətli günlərini xatırlayır və qonşularını pusmağı sevir. Qonşu binaya Rassellər ailəsinin köçməsi ilə həyatı 180 dərəcə dəyişir. Günlərin birində növbəti dəfə pəncərədən onları güdən zaman gördüyü şey Annanı şoka salır. Onun “ev dünyasının” təməlləri sarsılmağa başlayır, bütün sirrlər tədricən “çılpaq” şəkildə üzə çıxır.

2018-ci ilin ən çox satılan kitabları


4. “Prezident itkin düşüb” (The President is Missing) – Ceyms Patterson və Bill Klinton

Amerikanın düşmənləri ABŞ-a misli görülməmiş hücum həyata keçirməyi planlaşdırır. Vaşinqton qorxu və təlaş içindədir. Hər yerdə “kiber-terror”, “casusluq” pıçıltısı eşidilir, nazirlər kabinetində düşmənə işləyən xainin olduğu ilə bağlı şayələr yayılır. Hətta prezidentin özündən də şübhələnməyə başlayırlar. Bu qeyri-müəyyənlik və xaos əsnasında Ağ Ev rəhbəri itkin düşür…

2018-ci ilin ən çox satılan kitabları


5. “Harri Potter və Fəlsəfə Daşı” (Harry Potter and the Sorcerer’s Stone)– Coan Roulinq

On bir yaşlı yetim Harri Potter xalasının ailəsində yaşayır, özünün əsl cadugər olması isə ağlına belə gəlmir. Lakin günlərin bir günü bayquşun onunçün gətirdiyi məktubdan sonra Harri Poterin həyatı büsbütün və həmişəlik dəyişir…

2018-ci ilin ən çox satılan kitabları


Qeyd edək ki, bundan başqa siyahıya Kristina Hannanın “Böyük Tənhalıq” (The Great Alone), Stiven Kinqin “Qərib” (The Outsider), Liza Uinqeytin “Sənin olmazdan əvvəl” , Kevin Kvanın “Dəlisov Zəngin Asiyalılar”, Marqarit Etvudun “Damazlıq qızın hekayəsi” kitabları daxil edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *