Nyu-Yorkda ekstremist yəhudi qruplaşmasının üzvləri həbs edilib
Nyu-Yorkda ekstremist yəhudi qruplaşmasının dörd üzvü iki yeniyetmənin oğurluğunda təqsirləndirilərək həbs olunub.
Oxu.Az xəbər verir ki, bu barədə AFP xəbər verib.
Nyu-Yorkun Cənub dairəsinin prokuroru bildirib ki, saxlanılanlar ultraortodoksal “Lev Axor” sektasının üzvləridir. Onlardan biri, Bruklin şəhərində yaşayan 45 yaşlı Aron Rozner dekabrın 23-də həbs olunub.
Saxlanılanlardan Nahman Helbransın təriqətin lideri olduğu ehtimal edilir. O və qruplaşmanın üzvləri Mayer Rozner və Ceykob Rozner Nyu-Yorka gələn kimi həbs ediliblər.
Onlar Nyu-York şəhərindən təxminən 150 kilometr şimalda yerləşən Vudric kəndində 14 yaşlı qızın və onun 12 yaşlı qardaşının oğurlanmasında ittiham olunurlar. Uşaqların anası təxminən altı həftə əvvəl öz ailəsinin təhlükəsizliyinə görə ehtiyat edərək Qvatemalada təriqəti tərk edib.
Mənbə:> Oxu.Az