Telman İsmayılovun qardaşı oğlu həbs olunub
İş adamı Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov iki ay müddətinə həbs olunub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, müğənni Avraam Russonun oğurlanmasında ittiham olunan Z. Mərdanov noyabrın 17-dək həbsdə qalacaq.
Məhkəmənin müvafiq qərarını hakim Yelena Lenskaya elan edib.
İstintaqın rəyinə görə, müğənninin oğurlanmasında 7 nəfər, o cümlədən T. İsmayılov və Z. Mərdanov iştirak edib. Ehtimal olunur ki, onlar müğənnini oğurlamaqla, onu konsertlərin təşkilində birgə fəaliyyətə sövq etməyə çalışıblar.
Əgər Z. Mərdanovun günahı sübuta yetirilsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.
Mənbə:> Oxu.Az