Telman İsmayılovun şəxsi killerinə 13 il həbs verildi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Telman İsmayılovun şəxsi killerinə 13 il həbs verildi

Telman İsmayılovun şəxsi killerinə 13 il həbs verildi

Moskva məhkəməsi biznesmen Telman İsmayılovun şəxsi killeri hesab olunan Mehman Kərimovu 13 il həbs cəzasına məhkum edib.

Virtualaz.org bildirir ki, bu barədə məhkəməyə istinadən RenTV xəbər yayıb.

Qeyd olunur ki, Krasnoqorsk şəhər məhkəməsi M.Kərimovu sahibkarlar Vladimir Savkinin və Yuri Brilyovun qətlində təqsirli bilib.

Xatırladaq ki, Vladimir Savkinin və Yuri Brilyovun qətllərinin təşkilində şəxsən Çerkizovski bazarının keçmiş sahibi Telman İsmayılov ittiham olunur.

O, ikiqat qətlin təşkilində ittiham üzrə qiyabi həbs olunub. İstintaqın versiyasına görə, İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkinin və "Lyublino-Motors" şirkətinin təsisçisi Yuri Brilyovun qətlinin planını öz qardaşları Rafiq və Vaqiflə birgə hazırlayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *