AST Telmanın villasındakı qətl planının şok detalları - Lənkəranskini “Lotu Quli”yə KİM SATIB?
"İnterpol" xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı, Rusiyanın məşhur "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılov Türkiyəni tərk edib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, onun ailəsi ilə birlikdə Fransaya köçdüyü məlum olub. Noyabrın 11-də Moskvanın Basman rayon məhkəməsi iki qətlin təşkilində iştirakda və qanunsuz silah dövriyyəsində ittiham olunan Telman İsmayılovun qiyabi həbsi barədə qərar verib. O, həmçinin beynəlxalq axtarışa verilib. Məhkəmə eyni qərarı daha sonra Telman İsmayılovun qardaşı Vaqif İsmayılov haqqında çıxarıb. Qətldə və qanunsuz silah saxlanılmasında ittiham olunan Vaqif İsmayılov da beynəlxalq axtarışa verilib. Vaqif İsmayılov Rusiya Daxili İşlər Nazirliyinin yüksək vəzifəli əməkdaşı olub.
2016-cı ilin sentyabr ayında R.İsmayılov həbs edilib. Qardaşlar həmin ilin may ayında Novorijsk şosesində Vladimir Savkin və Yuri Brilyov adlı iş adamlarının güllələməsində ittiham edilir. Telman İsmayılovun vəkili Marina Rusakova bildirib ki, İsmayılov ittihamları qəbul etmir. Yaxın vaxtlara qədər Vaqiflə Telman Antalyada "Mardan Palace” mehmanxana kompleksinin ərazisində yaşayırdı. Ancaq, Rusiya hakimiyyətinə verilməsindən ehtiyat edən ailə Türkiyəni tərk edərək Fransaya köçüb. Bundan başqa, məlumdur ki, ismayılovların başqa ölkələrdə də mülkləri var. Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə bağlı problemləri var.
Hüquq-mühafizə orqanlarının versiyasına görə, Telman İsmayılovun adı azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qətl cinayətində çəkilir. Türkiyə polisi 2016-cı ilin avqustunda İstanbulda öldürülən Lənkəranskinin qətlini araşdırır. "Rəşad Gəncinski” kimi məşhur olan "qanuni oğru” Rəşad İsmayılov 2017-ci ilin yanvarında Lənkəranskinin onun əmri ilə öldürüldüyünü elan etməsinə baxmayaraq, qətlin üstü rəsmən açılmayıb. Məlumata görə, "Rəşad Gəncinski” "Lotu Quli” adı ilə məşhur olan Nadir Səlifova yaxındır. Türkiyə xüsusi xidmət orqanları Lənkəranskinin yeri haqqında informasiyanı Nadir Səlifova verməsindən şübhələnir. Məlumdur ki, iki avtoritetin klanları öz aralarında uzun müddətdir duşmənçilik edirdilər. Rusiya KİV-inin mənbələrinə görə, Nadir Səlifovun qardaşı "Çerkizov” bazarının müflis olmuş sabiq sahibinin Türkiyədəki villasında tez-tez qonaq olurdu.
Mənbə:> Publika.az