Azərbaycanda bu restoranlar da bağlanacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində işlər görülür:
"Bunlar Bakıda "Arzu", "Mega Palace", "Gilavar", "Kəndimiz", "Şahzadə" və "Çanaqqala", Sumqayıtda isə "Qubadlı", "Dan Ulduzu", "Tural", "Sumqayıt", "Qərb sarayı", "Dədə Qorqud", "Ülvi", "Love Palace", "Green house", "Savalan" və "Səmayə" ictimai iaşə obyektləridir".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı, Sumqayıt, Gəncə və Abşeron yarımadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb, iki restoran bağlanıb.
Qeyd edək ki, Özqardaşlar və Qızıl Balıq restoranları artıq bağlanıb.
Mənbə:> AzNews.info