Bakı küçələrində gəzən ayının yiyəsi tapıldı
Bakının Suraxanı rayonunda tapılan ayı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verilib.
Bu barədə Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, ayı balası Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.
"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə, yəni meşəyə buraxılacaq", - İ.İbrahimova qeyd edib.
Qeyd edək ki, dünən Bakı küçələrində gəzən ayı FHN tərəfindən tutulandan sonra araşdırma aparılaraq müvafiq qərar veriləcəyi bildirilmişdi.
Mənbə:> Report.az