Bakıda müəllim 7-ci sinifdə oxuyan qızla evlənibmiş » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil, Video

Bakıda müəllim 7-ci sinifdə oxuyan qızla evlənibmiş – VİDEO

Bakıda müəllim 7-ci sinifdə oxuyan qızla evlənibmiş

Bakıda müəllim 7-ci sinif şagirdi olan qızla evlənib.

Virtualaz.org bildirir ki, bunu Space telekanalının efirində yayımlanan “El bizim, sirr bizim” verilişinə dəvət olunmuş Mirismayıl Xələfli etiraf edib.

Verilişdə işləyən qadınların məişət problemləri və onların ailə işləri üçün necə vaxt tapmaları müzakirə edilib. M.Xələfli etiraf edib ki, məktəbdə dərs deyərkən yeddinci sinif şagirdi olan qıza aşiq olub.

"Mən özüm ali təhsilliyəm. Yeddinci sinifdə oxuyan qızla ailə qurmuşam. Mən onu məktəbdən çıxardım ki, sonra mənə “işdə yorulmuşam, yemək bişirə bilmirəm” deyə bilməsin”, - M.Xələfli bildirib.

Belə etiraf verilişin digər qonaqlarında hiddəti doğurub və onlar Mirismayıl Xələflini pedofiliyada ittiham ediblər.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *