Aqil Abbas: “Azərbaycan telekanalları əxlaqsızlıq yayır” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Aqil Abbas: “Azərbaycan telekanalları əxlaqsızlıq yayır”

Aqil Abbas: “Azərbaycan telekanalları əxlaqsızlıq yayır”

“Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya istisna olmaqla, televiziyaların fəaliyyətini mənfi qiymətləndirirəm. Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır...” Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.

Deputat televiziyaların cəzalandırılmasını təklif edib: “Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. bütün müzakirələr bunlardır. Mətbuat Şurasının “qara siyahı”sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur.

Milli Televiziya və Radio Şurasında da belə bir siyahı olmalıdır. Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər?”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *