Deputat milli valyutanın üzərində Heydər Əliyevin şəklinin olmasını təklif edib
Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır.
Aznews.info-un APA-ya istinadən verdiyi məlumatına görə, bu təklifi millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında səsləndirib.
O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: “ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma kimsə ürəyinin başında gəzdirmək istəyirsə, buna qadağa qoya bilməz. Heydər Əliyevin adı hər yerdə olmalıdır”.
Mənbə:> APA