Kürdəmirdə yaşayış evi yandı, ev sahibəsi həlak oldu
Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib. Hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.
Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.
Mənbə:> Report