Fanatlar Libertadores Kubokunun finalına əngəl oldular
Argentinanın “River Pleyt” klubunun ev oyunlarını keçirdiyi stadion yerli hakimiyyət tərəfindən bağlanıb.
Oxu.Az “The Independent”ə istinadla xəbər verir ki, buna səbəb baş verən iğtişaşlar olub.
Bundan sonra hüquq mühafizə orqanları Libertadores kubokunun “River Pleyt”lə “Boka Xuniors” arasında keçirilməsi nəzərdə tutulan final matçında təhlükəsizliyi təmin etməkdən boyun qaçırıblar.
Bu isə o deməkdir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi noyabrın 25-də keçirilməyəcək.
Qeyd edək ki, matç ərəfəsində “River Pleyt”in fanatları “Boka Xuniors”un avtobusuna hücum ediblər. Bu zaman gözyaşardıcı qazdan da istifadə olunub.
Mənbə:> Oxu.Az