“Mançester Yunayted”in avtobusuna basqın edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, İdman, Futbol

“Mançester Yunayted”in avtobusuna basqın edildi

“Mançester Yunayted”in avtobusuna basqın edildi


İngiltərə Premyer Liqasının 37-ci turunda keçirilən “Vest Hem” - “Mançester Yunayted” matçından əvvəl xoşagəlməz hal yaşanlb.

ANS PRESS-in məlumatına görə, yerli azarkeşlər oyuna gələn qonaq komandanın avtobusunu daşlayıb. “Mançester Yunayted” klubunun avtobusuna hücum səbəbindən qarşılaşma nəzərdə tutulduğundan 45 dəqiqə gec başlayıb.

"Azarkeşlər avtobusa butulka və daşlarla hücüm edib"
Əvvəlcə içində “qırmızı şeytanlar”in olduğu avtobus London klubunun fanatları tərəfindən mühasirəyə alınıb. Daha sonra isə azarkeşlər avtobusa butulka və daşlarla hücüm edib. “Vest Hem” - “Mançester Yunayted” arasında keşən oyun isə 3:2 londonluların qələbəsiylə başa çatıb.

Analoji hadisə ötən il Türkiyədə yaşanıb. Aprelin 4-də axşam saatlarında “Çaykur Rizəspor”la oyundan qayıdan “Fənərbaxça”nın avtobusu Trabzonun Sürmənə rayonu ərazisində atəşə tutulub. Keçən azarkeşlər "Fənərbaxça" futbol klubunun avtobusuna yenidən hücüm ediblər.

Hadisə "Bursaspor"a qarşı Türkiyə Kubokunun yarımfinal matçından əvvəl olub. Təxminən 30 nəfərə yaxın insan komandanın avtobusunu daşa basıb. Futbolçulardan heç kəs zərər çəkməyib. Bu hadisələrdən sonra "Fənərbaxça" klubu yeni avtobus almaq barədə qərar verib. Yeni avtobus zirehli olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *