Bakıda daha bir arxitektura abidəsini məhv edirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Bakıda daha bir arxitektura abidəsini məhv edirlər ŞƏHƏR SOYQIRIMI DAVAM EDİR

Bakıda daha bir arxitektura abidəsini məhv edirlər

Arxitektura abidələrinin məhv edilməsinə maniakal cəhd getdikcə Azərbaycanın daha çox inşaat maqnatını yoluxdurur. Cəzasızlıq, məlum olduğu kimi, ilham verir və inşaatçılar var gücləri ilə yarışırlar - kim öz kapitalını artırmaq üçün daha çox tarixi binalar və malikanələr məhv edəcək və boz mənzil-ofis təpəcikləri quracaq.

Bütün bakılıların yaddaşına həkk olunmuş "Atlantlı ev" adı ilə məşhur olan tarixi binanı amansızcasına dağıdan inşaatçı-sökücülər indi ictimai rezonansa tüpürüb, XIX əsrin Yusif Məmmədəliyev küçəsində, “Atlantla” üzbəüzdə yerləşən daha bir diqqətəlayiq-səliqəli binasına girişiblər.

Şəhərin tarixi ilə bağlı növbəti barbarlıq haqda oxucu məktubundan xəbər tutan virtualaz.org-un müxbiri göstərilən ünvana yollanıb. Onun yazdıqlarından belə məlum olur ki, bina görünüşcə yerindədir, yəni fasad hələlik əvvəlki kimi qalır, ancaq bir neçə işçi daxili arakəsmələri var gücü ilə dağıdır. Əməkdaşımız “dağıdıcıların” nə briqadirini, nə də hansısa bir rəhbərini tapa bilməyib. Belədə adi işçilərdən nə soruşasan?

Bununla belə, onlar işlərini itirə biləcəklərindən qorxa-qorxa etiraf ediblər ki, əmrə tabedirlər: "Bizə əmr ediblər, biz də sökürük və buna görə maaş alırıq…".

Əməkdaşımız arxitektura abidəsinin sökülməsinə kimin göstəriş verdiyini dəqiqləşdirməyə çalışıb. Bakı meriyasından əmin ediblər ki, onların sökülən binaya heç bir aidiyyətləri yoxdur, üstəlik məsləhət görüblər ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etsin.

Mədəniyyət qurumunda isə söz veriblər ki, məsələni araşdıracaqlar. Bu araşdırmanın nə qədər davam edəcəyi məlum deyil. Məlum olan budur ki, paytaxtın mərkəzində daha bir tarixi binanın sökülməsi tam sürətlə davam etdirilir. Və böyük ehtimalla məmurlar öz fikirlərini bildirəndə artıq gec olacaq. Yəni bir də görəcəyik ki, onun yerində artıq inşaatçılar tərəfindən tələsik özül qazılıb...

Hər şəhər qorunmuş tarixi, özündə keşmişi yaşadan tikililəri ilə məxsusi simasına malikdir. Şəhərə gələn insanlar ilk növbədə onun orijinallığını, unikallığını axtarırlar, onlar isə, necə deyərlər, məhz tarixdə gizlənirlər. Bəs onlar Bakıda nə görəcəklər? Bəli, unikallıqdan bəhs edən, ondan nişanə verən heç bə. Əlbəttə, Qız Qalası və Şirvanşahlar Sarayı qalır. Amma bu bir saatlıq ekskursiyadır, qalan hər tərəf bütün dünyada rast gəlinən və bir-birindən o qədər də fərqlənməyən şüşə tikililərdən ibarətdir.

Yeri gəlmişkən, abidələrin konservasiyası və diqqətəlayiq yerlərin bərpası üzrə Venesiya Beynəlxalq Xartiyası hələ 1964-cü ildə qəbul edilib. Sənəddə deyilir ki, keçmişin mənəvi dəyərlərini yaşadan monumental əsərlər insanların müasir həyatında əsrlərlə tarixi olan ənənələrin şahidi hesab olunurlar. Bəşəriyyət bu abidələrin ümumbəşəri dəyərini hər gün daha dərindən anlayır, onlara ümumi miras kimi baxır və onun tamlığı üçün gələcək nəsillər qarşısında birgə məsuliyyət daşıyır...

Bizdə isə, göründüyü kimi, nəsillərə mənəvi mesajla bağlı məsələ olduqca gərgindir və üç-dörd görməli monumental yer vəziyyəti xilas etməyəcək...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *