Tağıyevin daha bir evi sökülür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Tağıyevin daha bir evi sökülür BAKIDA MEMARLIQ SOYQIRIMI

Tağıyevin daha bir evi sökülür


Cəmiyyətin hiddətinə, KİV-lərin çoxsaylı çıxışlarına baxmayaraq, tikinti şirkətləri qədim Bakının təkrarolunmaz simasını məhv etməkdədirlər. Hər şey ona doğru gedir ki, gələcək nəsillər Bakının qədim abidələrini yalnız fotoşəkillərdə seyr edə biləcəklər.

Virtualaz.org-a bu dəfə bir qrup bakılı Murtuza Muxtarov küçəsi, 190 ünvanında yerləşən, XIX əsrdə Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binanın xilas edilməsi üçün müraciət edib. Bir zamanlar bu binada sənətkarlıq peşə məktəbi yerləşib. Sovet illərində isə bura Narxozun (indiki Azərbaycan İqtisadiyyat Universitetinin) 3-cü korpusu olub.

Prezident İlham Əliyevin bütün bakılılar üçün əziz olan, şəhərin mərkəzindəki “Dinamo” idman cəmiyyətinin binasının xilas edilməsindəki rolundan və memarlıq, tarix abidələrinin qanunsuz dağıdılmasına görə müqəssirlərin cəzalandırılacağından bəhs etməsinin üstündən heç bir həftə keçməmiş tikinti mafiyası sakitcə mərkəzdə daha bir tarixi abidəni sökməyə başlayaraq gəlirli yeni bina üçün yer boşaltmağa başlayıb. Bu dəfə Murtuza Muxtarov küçəsində.

Tağıyevin daha bir evi sökülür


Yerli sakinlərin məktubunda bildirilir ki, 3 il bundan əvvəl MTN-in keçmiş başçısı Eldar Mahmudov bu yerdən azca aralıda qədim məscidi sökərək, yerində “Qlobus” biznes mərkəzini tikib. İndi Tağıyevin peşə məktəbinin binasını da həmin tale gözləyir.

İstənilən tikinti yalnız razılaşdırılmamalıdır. O, şəhəri eybəcərləşdirməməli və təhlükəsizliyini azaltmamalıdır. Lakin paytaxtda hazırda fəaliyyət göstərən tikinti şirkətləri bu amilləri elə də nəzərə almırlar, çünki başlıca məqsədləri pul qoparmaq və eybəcər binalar tikməkdir. Hətta bu tarixi şəhəri dağıtmaq hesabına başa gəlsə belə.

Gördüyümüz kimi, Bakını dağıdırlar: qəddarcasına və səssiz-səmirsiz. Bu zaman onlar istənilən torpaq sahəsini ələ keçirərək, öz eybəcər binalarını tarixi memarlıq abidələrinin yerində də tikirlər. Bu səbəbdən Bakı bir sıra məşhur tarixi binasını çoxdan itirib.

Əvvəllər də yazdığımız kimi, məmurlar dediklərinin üstündə durublar: hər şey şəhərin yeni siması, şəhər sakinlərinin rahatlığı naminə edilir və məqsəd şəhərin orta göbəyində gəlirli çoxmərtəbəli binalar, ticarət mərkəzləri, ofislər və restoranlar üçün yeni yerlər açmaq deyil. Keçmiş gözəlliklərin yerini isə şüşə divarlı eyni tipli hündür binalar tutur. Yada ötən əsrin 20-30-cu illəri düşür – həmin vaxt kommunistlər də dini məbədləri və imarətləri anbarlara və sexlərə çevirirdilər.

Tağıyevin daha bir evi sökülür


Virtualaz.org-un əməkdaşları müəyyənləşdiriblər ki, Muxtarov küçəsindəki növbəti barbarlığı sahiblərinin Avropada məskunlaşdığı “Karat Holdinq” şirkəti törədir. Doğma şəhərin tarixi keçmişi və memarlığı onları zərrə qədər də maraqlandırmır. Burada onlar ancaq pul qazanırlar və övladlarının Avropadakı firavan həyatını təmin edirlər.

“Karat”ın işbazları tikinti bizneslərini Avropaya köçürmürlər, axı orda bütün tikinti normalarına dəqiqliklə riayət etmək lazımdır, yoxsa bir gün oyanarsan ki, həbsxanadasan. Azərbaycanda isə rahatdırlar – lazım olan yerə lazım olan qədər pulunu ver, istədiyin yerdə tik.

Ölkənin Mədəniyyət Nazirliyinin Mədəni irsin mühafizəsi, inkişafı və bərpası Dövlət Xidmətinin rəisi Zakir Sultanov virtualaz.org-a bildirib ki, Muxtarov küçəsindəki bina tarixi abidələr siyahısına daxil deyil və deməli, idarə onu mühafizə etməyə borclu deyil. Dövlət Xidməti dahi azərbaycanlı xeyriyyəçinin adı ilə bağlı olan abidələrə biganədirsə, iş adamlarından nə gözləyəsən? Onlar hətta UNESCO-nun belə qoruduğu abidələrlə zəngin olan qədim şəhəri məhv edib eybəcərləşdirməyə hazırdırlar. Bəlkə elə şəhərimizi barbarlardan qorumaq üçün UNESCO-ya müraciət edək?

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *