Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət edib
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşlara müraciət edib.
Bu barədə məlumat diplomatik nümayəndəliyin "Facebook" səhifəsinə yerləşdirilib.
"Əziz həmvətənlər. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır və hər hansı çətinlik olduğu təqdirdə səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir", - deyə müraciətdə bildirilir.
Mənbə:> Virtualaz.org