Yol ortasında yatıb, tıxac yaratdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Yol ortasında yatıb, tıxac yaratdılar – Azərbaycanda

Yol ortasında yatıb, tıxac yaratdılar


Tovuz rayon “Avtovağzal”ı yaxınlığında, nəqliyyatın sıx hərəkətdə olduğu avtomobil yolunda bir müddət böyük tıxac yaranıb.

Yenicag.az xəbər verir ki, buna şəxsiyyətləri hələ ki, məlum olmayan iki orta yaşlı kişinin sərxoş vəziyyətdə yolun ortasında yatmaları səbəb olub.

Bəzi avtomobil sürücüləri nəqliyyat vasitələrini saxlayaraq onları oradan çətinliklə uzaqlaşdırmağa çalışıblar. Vətəndaşlar tərəfindən yol kənarına gətirilən sərxoş şəxslər yenidən yola çıxaraq qəza şəraiti yaradıblar. Əraziyə “təcili tibbi yardım” briqadası çağırılıb. Hər iki şəxsə sakitləşdirici vurulduqdan sonra onlar xəstəxanaya aparılıb. Hazırda onların hər ikisinin vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *