Bakıda yolun ortasında süpürgəçi qadın keçinib
Bakıda yolu təmizləyən süpürgəçi qadını gün vurub.
interpress.az xəbər verir ki, hadisə Zığ-Suraxanı yolunda baş verib.
Belə ki, saat 10:30 radələrində Zığ-Suraxanı yolunda süpürgəçi işləyən 45-50 yaşlı qadının halı qəfildən pisləşib. O, müvazinətini itirərək yerə yıxılıb. Şahidlərin sözlərinə görə, qadının halının pisləşməsinə səbəb isə havanın hərarəti olub.
Onun ürəyində problemlərin olduğu bildirilir. "Maşınla gedirdim. Gördüm ki, qadın ayaq üstə qala bilmir. Əlində də süpürgə. Birdən yıxıldı. Tez maşını salxayıb köməyə gəldim. Mən bura çatanda artıq qadın yerə yıxılmışdı və ağzından köpük gəlirdi. Nəbzin yoxladım deyəsən keçinmişdi. Çox güman ki gün vurub" - deyə, qadının köməyinə gələn şahidlər deyib.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.
Qadın xəstəxanaya aparılıb.
Əlavə məlumat veriləcək.
Mənbə:> İnterpress.az