İnsanlar tək gözlü olacaq – FOTO
TIME jurnalı gələcəyə dair edilən ən çılğın 7 təxmini seçib. ANS PRESS bu təxminləri təqdim edir:
İnsanlar tək gözlü olacaq. Professor Tomas Hall Şastid 1933-cü ildə yazdığı bir məqalədə gələcəyin insanlarının "Cyclop" yəni tək gözlü olacağını iddia edib. O, alınların da uzun olacağını deyib.
Televiziya çağında yaşayanların nəvələri oxuya bilməyəcəklər.
Hər xəstəliyi müalicə edən bir həb yaradılacaq. İsveçrəli həkim Francois Odi 1956-cı ildə bu iddia ilə çıxış edib.
Gələcəkdə ərzaq problemlərini həll etmək üçün dəniz dibində yosun fermaları qurulacaq. İddia 1966-cı ildə "Rand" adlı bir firmaya məxsusdur.
Zehnə nəzarət edən dərman yaradılacaq.
Dörbucaq formalı pomidor yetişdiriləcək. Bu məhsulların daha rahat paketlənməsinə kömək edəcək.
Televiziyadakı görüntüləri hiss edə, qoxusunu ala bilərik.
Mənbə:> ANSPRESS