“Zibil atmaq atanıza ziyandır”, yaxud Bakı sakinlərinin “zibil kreativi”
Məişət tullantılarının bunun üçün nəzərdə tutulmuş xüsusi konteynerlərə deyil, hara gəldi atılması dövrümüzün bəlalarından biridir. Özü də bu problemin, necə deyərlər, “vətəni” yoxdur – az qala bütün ölkələrdə və hətta ən gözəl şəhərlərin bəzi hissələrində bu cür mənzərələrə rast gəlmək mümkündür.
Bakıda məişət tullantılarının birbaşa küçəyə, həyətlərə atılmasından çox danışılıb, virtualaz.org da bu barədə çox yazıb. Hökumət səviyyəsində həmin məsələ dəfələrlə müzakirə obyekti olub və nəzərdə tutulmuş ərazilərdən kənar yerlərə zibilin atılmasına görə rəsmi cərimələr də mövcuddur. Lakin hamıya və daim nəzarət etmək imkan xaricindədir.
Sosial şəbəkə istifadəçiləri də bu pro0blemdən yan keçməyiblər. Son günlərdə “Facebook” sosial şəbəkəsinin Azərbaycan seqmentində “zibil məsələsi” gündəmə gəlib və bir neçə kreativ “həll metodları”nın fotoşəkilləri paylaşılıb. Onları diqqətinizə çatdırırıq.
Mənbə:> Virtualaz.org