Ermənistana gedən azərbaycanlı stilist: Ağzınızdan zir-zibil tökülür – FOTO
Əslən azərbaycanlı stilist Nazilə Mehdiyeva erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak etməsi böyük səs-küy yaradıb.
Aznews.info Qafqazinfo-ya istinadla xəbər verir ki, N. Mehdiyeva sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub.
Stilist məsələ ilə bağlı geniş açıqlama yayıb.
Mehtiyeva bildirib ki, insanlar onu şəxsən tanımadan ləkələyirlər:
“Mən bilmirdim ki, Azərbaycan mediası və xalqında bu qədər səs-küy yarada bilərəm. Hamıya birdəfəlik cavab verəcəm. Mən Rusiyada doğulmuşam, oranın vətəndaşıyam. Azərbaycana və Ermənistana rahat şəkildə gedə bilərəm. Buna heç kəs heç nə deyə bilməz. İnsanların ailəmə və övladlarıma toxunması məni əsəbiləşdirir.
Məcbur qalıb bu açıqlamanı yayıram. Bəli, qanım təmiz azərbaycanlı qanıdır. Rəfiqəmin toyuna getməyim sizi niyə bu qədər narahat edir? İdmançılar, siyasətçilər, adi insanlar İrəvana gedə bilir, onda niyə susursuz? Özünüzdən sirk yaratmayın, siz insansınız, qoyun sürüsü deyilsiniz. Xahiş edirəm öz fikriniz olsun, siyasətdən asılı olmayın. Mən rəfiqəmin toyuna getmişəm.
Məgər, sizin əsgərlərinizi şəxsən o öldürüb? Bəsdirin, biz sakitlik, xalqımız arasında sülh istəyirik. Siz isə məni tanımadan ləkələyirsiz. Öz yazdıqlarınızı özünüz oxuyun. Mən Ermənistana getdim deyə pis oldum, siz isə yaxşı? Baxın, ağzınızdan zir-zibil tökülür”.
Mənbə:> Qafqazinfo.az