Məişət tullantılarını daşıyan maşınlar Bakını zibilləyir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Məişət tullantılarını daşıyan maşınlar Bakını zibilləyir

Məişət tullantılarını daşıyan maşınlar Bakını zibilləyir


Məişət tullantıları Bakının ən böyük problemlərindən biridir. İstər mərkəzi yolların kənarlarında, istərsə də ucqar yaşayış massivlərindəki zibilxanalar ətrafında antisanitariya baş alıb gedir. Bununla yanaşı, zibil qutularının ətrafı da həm yapışqanlı, həm də kəskin qoxuludur. Qutuların nəinki yanından keçmək, ora heç uzaq məsafədən belə, yaxınlaşmaq mümkün deyil. Halbuki, zibil qutuları mədəniyyət göstəricilərindən biridir.

Digər tərəfdən, zibilyığan maşınlar da işlərini səliqəli görə bilmir. Hər halda yol boyu tullantıların suyunu axıdaraq, hərəkət edən zibil maşınlarını görməmiş olmazsınız. Bəs bütün bunların qarşısını almağa hansı qurum cavabdehdir?

Mənzil-Kommunal Departamenti məsələyə səthi yanaşır

AzNews.info xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Modern.az-a açıqlama verib.

O bildirib ki, həm zibil qutularının ətrafı, həm də zibil maşınları mütəmadi olaraq dezinfeksiya edilməlidir: “Zibil qutularının yerləşdirildiyi ərazilər mütləq təmizlənməlidir. Müvafiq hermetik qutulardan istifadə olunmalıdır. Lakin təəssüflər olsun ki, bir sıra ərazilərdə antisanitar vəziyyət müşahidə edilir və xoşagəlməz qoxular olur. Bu da onu göstərir ki, həmin ərazilərdə dezinfeksiya işlərinin aparılması üçün müqavilələr yoxdur.

Hər bir rayonun Mənzil Kommunal Departamentinin bununla əlaqədar müqavilələri olmalıdır. Həmin müqavilədə dezinfeksiya şöbəsinin öhdəliyi göstərilir. Yəni gündə, ayda və ildə nə qədər dezinfeksiya işləri aparılmalıdır. Burada birbaşa cavabdeh qurum Mənzil-Kommunal Departamentidir. Həmin departament müqavilə əsasında öhdəlik götürmüş təşkilatlardan bunu tələb etməlidirlər. Bu istiqamətdə ola bilməz ki, müqavilə olmasın. Sadəcə, qurum məsələyə səthi yanaşır”.

Həmin ərazilərdə yoluxucu xəstəliyin yaranma ehtimalı yüksəkdir

Z.Kazımov qeyd edib ki, zibil qutularının ətrafındakı antisanitariya şəraiti bir sıra problemlərə səbəb ola bilir: “Bu, insanlar arasında cürbəcür yoluxucu xəstəliklərin yaranmasına şərait yarada bilər. Eyni zamanda, həmin ərazilərdə sahibsiz heyvanların, gəmiricilərin çoxalmasına səbəb ola bilər. Hansı ərazidə antisanitar şərait yaradılırsa, orada istənilən yoluxucu xəstəliyin yaranma ehtimalı yüksəkdir”.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *