Qazaxda yol qəzasında infarkt keçirən sürücü xəstəxanada öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Qazaxda yol qəzasında infarkt keçirən sürücü xəstəxanada öldü

Qazaxda yol qəzasında infarkt keçirən sürücü xəstəxanada öldü

Qazax rayonunda Daş Salahlı kənd sakini, 1936-cı il təvəllüdlü Hidayət İbrahim oğlu Osmanovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil "VAZ-2107" markalı avtomobillə toqquşub.

"Report" bildirir ki, qəza nəticəsində xəsarət alan olmasa da, ürək xəstəsi olan H.Osmanovun həyəcandan səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib.

Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, xəstəxanadan H.Osmanovun uzun müddətdir ki, ürək xəstəsi olduğu və əvvəllər ürəyindən əməliyyat da keçirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *