“Global İnfluencer Day”-in proqramı açıqlandı!
AzNews.info xəbər verir ki, “Keepface DMCC” və “FA International Trade Events”-in təşkil etdikləri “Global İnfluencer Day” tədbirinə təşrif buyuranları maraqlı proqram gözləyir. “Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq.
İlk olaraq, “Global İnfluencer Day”-in təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” oktyabrın 26-da jurnalistlərlə görüşərək tədbirə son hazırlıq işləri ilə tanış edəcək və suallarını cavablandıracaqlar. Bu görüş, 26 oktyabr saat 11:00-da Qafqaz City Hotel-də baş tutacaq.
“Global İnfluencer Day” marafonu isə oktyabr 27-si səhər saat 8:00-dan etibarən Heydər Əliyev Mərkəzində start götürəcək. İştirakçıların sayının çoxluğunu nəzərə alaraq, saat 8:00-dan 9:30-dək qeydiyyat həyata keçiriləcək.
Tədbiri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadə açacaq.
Hamının səbirsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia səhnəyə 10:05-də çıxacaq. Çıxışı bitirdikdən sonra Sofia suallara cavab verəcək.
10:35-də Keepface qlobal influenser marketinq platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov tədbir iştirakçılarını tədbirin ideya və fəlsəfəsi barədə məlumatlandıracaqlar.
Saat 11:00-dan etibarən tədbir iki paralel panellərdə işini davam etdirəcək. Birinci paneldə İnfluenser Marketinqlə maraqlananlar Google təmsilçisi Nina Levçuk, kontent marketinq influenseri, Forbes jurnalının 10 top sosial media influenser siyahısında yer alan, avstraliyalı Jeff Bullas, Olena Dobrenskaya (Vouge), Tuqra Şükürova (ADA) və Alper Çelenin çıxışlarını dinləmək imkanı əldə edəcəklər. Data marketinqlə maraqlananlar isə paralel keçirilən ikinci paneldə Booking.com-dan Villem İsburker, Ehsan Jahandarpour (Forbes Top 20 Growth Hacker), Aytul Ercil (Vispera), Aytəkin Əliyeva (Facebook) və Mövlan Paşayevin (PwC) təqdimatları ilə tanış olacaqlar.
Saat 14:00-dan etibarən “Global İnfluencer Day” iki yeni və paralel keçirilən panellə işini davam edəcək. 16:30-a qədər dinləyiciləri Səyahət İnfluenserləri paneli, Dəb İnfluenserləri paneli, Kulinariya İnfluenserləri paneli, Startap və İnvestorlar panellərində maraqlı çıxışlar gözləyir. Həsən Cabbarov (Paym.es), Ömer Gurkan (ETİB), Orxan İsayev (Dünya E-kommersiya Forumu), Aleks Sudadze iştirakçılara elektron kommersiya və blokçeyn barədə məlumatlandırandan sonra, Aleks Graudienslə Məryam Tağıyeva blokçeyn üzərində işləyən Keepface 3.0 layihəsini təqdim edəcəklər, sonda isə Samir Nuriyevin moderatorluq edəcəyi Blokçeyn paneli baş tutacaq.
“Global İnfluencer Day”-in həyəcanlı anlarından biri saat 17:00-da başlanacaq İnfluenserlərin Mükafatlandırma Mərasimi olacaq. Mərasimdə münsiflər heyətinin seçdikləri influenserlər təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.
“Global İnfluencer Day” 28 oktyabrda ADA Universitetində yerli və xarici mütəxəssislərin iştirakı ilə 3 zalda paralel keçiriləcək praktiki məşqələlərlə işini başa vuracaq.
Nəzərinizə çatdırmaq istəyirik ki, “Global İnfluencer Day”-in baş tutması baş sponsor Gilan Holding, bank sponsoru Azərbaycan Beynəlxalq Bankı, GSM sponsoru Azercell və digər sponsorlar Astrolabs, Vita1000, iTicket.az, Vitam, SOCAR AQS, “Zeytun Bağları”, Qafqaz Hotels and Resorts, pwc, Sat Group, Mars Academy, Roof Academy, Barattson, Paym.es, Prima.az ilə mümkün olub.
“Global İnfluencer Day” tədbirinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, İnnovasiya Həftəsi, AMCHAM, Azərbaycan Konqreslər Bürosu, ADA Universiteti, CAMCA və CELA şəbəkələri, Leo Burnet, Mediamark, Canvas, Times Consulting, Cinema Plus, Marklab, Adzone, Alibayov Kommunikasiya və Konsaltinq, Air Group, Oxus, Sereda Travel, Azex təşkilati dəstək göstərirlər.
Qeyd edək ki, AzNews.info tədbirin media tərəfdaşlarından biridir.
Əlavə məlumat üçün
0502336682
https://influencerday.org
Mənbə:> AzNews.info