İkinci Azərbaycan Elm Festivalının proqramı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İkinci Azərbaycan Elm Festivalının proqramı açıqlandı

İkinci Azərbaycan Elm Festivalının proqramı açıqlandı


İkinci Azərbaycan Elm Festivalının proqramı açıqlanıb.

AMEA-dan Oxu.Az-a verilən məlumata görə, festival bu ilin oktyabrın 31-dən noyabrın 5-dək Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçiriləcək.

Tədbirin açılış mərasimi oktyabrın 31-də saat 10:30-da AMEA-nın əsas binasının dairəvi zalında baş tutacaq. Festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək.

Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur.

Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Təhsil naziri Mikayıl Cabbarov, Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər qurumlardan rəsmi qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, festival AMEA-nın təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Prezident yanında Bilik Fondu, Prezident yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçiriləcək.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *