Rabitə Nazirliyinə nazir əvəzi təyin olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinə yeni şəxs gətirilib.
AzNews.info xəbər verir ki, bu barədə unikal.org-a etibarlı mənbə məlumat verib. Saytı bilgiləndirən şəxs deyib ki, saat 12.00-a iclas çağırılıb. Toplantıda nazirliyə gətirilən Ramin Quluzadə kollektivə tədim olunacaq. Onun hələlik nazir əvəzi, qısa müddətdən sonra isə nazir təyin olucağı gözlənilir.
Məlumatlı şəxs onu da deyib ki, R.Quluzadə Heydər Əliyev Fondunda çalışıb.
Nazir müşaviri Müşviq Əmirov da saat 12.00-a toplantı çağırıldığını deyib.
Qeyd edək ki, prezidentin sərəncamı ilə Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
Mənbə:> Unikal.org