Siyavuş Novruzov dini icmalara maşın verilməsi haqda
"Azərbaycanda dini icmalara avtomobillərin verilməsi müəyyən çaşqınlıq yaradıb. Bu baxımdan qeyd edirəm ki, burada söhbət fərdlərdən yox, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar. Bu proses yeni başlayıb".
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
YAP rəsmisi bildirib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısı mütəmadi xarakter daşıyır. Bunu istər məscidlərin tikilib və ya yenidən təmir olunmasında, istərsə də dini icmalara nəqliyyat vasitələrinin verilməsində də görürük.
Bu mənada o, Azərbaycanda dini icmalara maşınların verilməsini nümunəvi hal adlandırıb.
Mənbə:> Virtualaz.org