Siyavuş Novruzov: Dayanacaqlarda siçanlar oynayır, avtomobil yoxdur
“Dövlətin tikdiyi xeyli yeraltı dayanacaqlar var. Amma bəziləri avtomobillərini həmin dayanacaqlarda saxlamır. Çünki qiymətlər bahadır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
O bildirib ki, dayanacaqlarda qiymətlər tənzimlənməlidir:
“Girirsən içəri, görürsən ki, siçanlar oynayır, maşın yoxdur. Saatına bir manat alırlar. Əgər hər gün orada avtomobil saxlayırsansa, aylıq minimum 200 manat edir. Bu qiymətləri tənzimləmək lazımdır”.
Milli Məclisin sədri Oqtay Əsədov da S.Novruzovun dediklərinin araşdırılmasını təklif edib.
Mənbə:> Report