Azərbaycanda əcnəbilərə qoyulan dini qadağalar aradan götürülür » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda əcnəbilərə qoyulan dini qadağalar aradan götürülür

Azərbaycanda əcnəbilərə qoyulan dini qadağalar aradan götürülür


Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin icrası ilə bağlı bəzi qadağalar aradan götürülür.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bununla bağlı MM-in İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 1-ci maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.

Bəndin hazırda qüvvədə olan variantına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Qeyd edək ki, bu qadağalar ötən ilin oktyabrın ayında qəbul edilib.

Komitə sədri Siyavuş Novruzov bildirib ki, bu qadağalar qəbul ediləndən sonra müxtəlif dini icmalardan müraciətlər olub: “Biz də düşünürük ki, həqiqətən dünyada elə qəbul edilmiş dini mərkəzlər var ki, onların nümayəndələrinin Azərbaycanda dinlə bağlı həqiqi ayinlər icra etməsi məqsədəuyğundur”.

Layihə plenar iclasa tövsiyə olunub.

Qeyd edək ki, dəyişikliklə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələrində düzəlişlər edilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *