"Maykl" dəhşəti: 17 nəfər öldü – FOTO
ABŞ-da “Maykl” tropik qasırğası nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Yenciag.az xarici mətbuata istinadən xəbər verir ki, qasırğa Hərbi Hava Qüvvələrinin Floridadakı bazasına da ciddi ziyan vurub. Qasırğanın vurduğu potensial zərər milyardlarla dollar dəyərində qiymətləndirilir.
Məlumata görə, qasırğa və onun səbəb olduğu daşqınlar nəticəsində ölkənin 4 ştatında – Virciniyada 6, Floridada 4, Şimali Karolinada 3 nəfər həyatını itirib. 520 min nəfər elektrik enerjisiz qalır.
Təbii hadisə Kaliforniyaya da 4,5 milyard dollar zərər vurub.
Xilasedicilər dağıntıların altında axtarış apardıqlarından ölənlərin sayının artacağı gözlənilir.
Qeyd edək ki, “Maykl” 1992-ci ildən sonra ölkədə qeydə alınan ən güclü qasırğadır.
Mənbə:> Yeniçağ.az