“Ava” qasırğası Madaqaskarda 29 nəfərin həyatına son qoydu
Madaqaskarın şərqində güclü qasırğa nəticəsində 29 nəfərin öldüyü bildirilir.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, təbii fəlakət zamanı 3 nəfər yaralanıb, 2 nəfər itkin düşüb.
Sürəti saatda 140-190 kilometrə çatan “Ava” tropik qasırğası Madaqaskar ərazisinə yanvarın 5-də çatıb və həftəsonu ərzində ölkənin şərq sahillərində ciddi fəsadlar törədib.
Fövqəladə vəziyyətin idarə edilməsi üzrə Milli Ofis yanvarın 8-də altı nəfərin cəsədini tapa bilib. Qurum tərəfindən 13 min sakin təxliyə olunub. Bundan başqa, torpaq sürüşməsi və daşqın ehtimalı ilə əlaqədar 16 mindən çox şagirdin təhsil aldığı məktəblərdə dərslər yanvarın 11-dək təxirə salınıb.
Xatırladaq ki, ötən ilin martında “Enavo” qasırğası Madaqaskarda 78 nəfərin həyatına son qoymuşdu.
Mənbə:> Virtualaz.org