Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

Kadırovu qəzəbləndirən çeçen süpürgəçi işləyəcək

Moskva metrosunda “Axmat güclüdür” deyərək insanların üzərinə içki bankası atan Çeçenistan sakini bundan sonra Qroznı şəhərinin abadlaşdırma idarəsində işləyəcək.

Bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram-kanalında bildirib.

O qeyd edib ki, Turpal Xasiyev bu gün atası və qardaşları ilə birgə “Qroznı” telekanalında yayımlanan verilişlərin birinin qonağı olub.

“Turpal deyirdi ki, Moskvaya işləmək üçün getmişdi. Özünə əziyyət verməsin deyə onun işlə təmin edilməsi məsələsi yerindəcə həll edilib. Bundan sonra Turpal şəhəri abadlaşdıraraq, küçələri təmizləyəcək, gülləri sulayacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, T. Xasiyev artıq əməlinə görə üzr istəyib. O, yaydığı video-müraciətdə respublika rəhbərliyi və valideynləri tərəfindən danlandığını bildirib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə yayılan görüntülərdə gənc oğlanın metroda insanlara içki bankası atması və onlardan “Axmat güclüdür” sözünü deməsini tələb etməsi əks olunub. Kadırov şərəflərinə toxunulan gənclərdən üzr istəyərək həmin şəxsə müraciət etmişdi: “İlk reyslə Qroznıya qayıt və yaxınlarınla yanıma gəl!”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *