Ukraynada Azərbaycan diplomatının "qohumunu" üzr istəməyə məcbur etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Ukraynada Azərbaycan diplomatının "qohumunu" üzr istəməyə məcbur etdilər – VİDEO

Ukraynada Azərbaycan diplomatının "qohumunu" üzr istəməyə məcbur etdilər

Azərbaycandan olan gənclər Ukraynadakı "Ostanovi Losya" (Sığını dayandır) ictimai hərəkatının fəallarını, hansılar ki, yol hərəkəti qaydalarını pozanlarla mübarizə aparırlar, təcavüzkarcasına hədələyiblər.

Virtualaz.org Ukrayna KİV-inə istinadən bildirir ki, onların maşını Kiyevin Qələbə meydanında, "Ukrayna" univermağının altında yol hərəkəti qaydaları pozulmaqla park edilibmiş.

"Biz təcavüzkar yeniyetmələr qrupuna rast gəldik, hansılar ki, bizi hədələyir, silah çıxarmaq istəyir, bizi harada olsaq axtarıb tapacaqlarına söz verir və kamera qarşısında Azərbaycan səfirliyindəki əlaqələri ilə lovğalanırdılar”, — fəallar bildiriblər.

"Mən səni tapa bilərəm. Sən məni tanımırsan. Mən səfirlikdənəm. Mənim babam Azərbaycan səfirliyindəndir …", — deyə qaydanı pozan gənclərdən biri qışqıraraq bildirib.

Fəallar, yəqin təcavüzkar gənclərin valideynləri onların “başlarına ağıl qoyarlar” ümidi ilə videonu sosial şəbəkələrində yerləşdiriblər.

"Sığını dayandır" fəallarının ümidləri özünü doğruldub. Birinci videodan az sonra şəbəkədə başqa çarx peyda olub. Orada Qələbə meydanındakı hadisənin təcavüzkar iştirakçıları öz davranışlarına görə, ola bilsin "onları düz başa düşməyən” "Ukrayna milləti və xalqından" üzr istəyirlər...


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *